Əsas Səhifə > Güney Press > Fars-molla rejimi soydaşımzı həbsdə saxladı

Fars-molla rejimi soydaşımzı həbsdə saxladı


12-09-2019, 12:09
Fars-molla rejimi soydaşımzı həbsdə saxladı
Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsi “İran İslam Cümhuriyyətinin qurucusunu təhqir etmək” ittihamı ilə1 il həbs cəzasına məhkum edilən Güney azərbaycanlı fəalın məhkəmə hökmünü olduğu kimi qüvvədə saxlayıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, bu barədə qərar məhkəmənin 1-ci şöbəsi çıxarıb. Apelyasiya Məhkəməsi şair və yazıçı Rəhim Qulami haqda çıxardığı hökmdə etirazçının təqdim etdiyi dəlillərin qaneedici olmadığını qeyd edib. Azərbaycanlı fəalın apelyasiya məhkəməsi avqustun 27-də keçirilib.

Fəal prokurorluğun hazırladığı iddianamədə “sistemin əleyhinə təbliğat aparmaq”, “Ruhulla Xomeyni”ni təhqir etməkdə ittiham olunub. Lakin o Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında birinci iki ittihamdan bəraət qazanıb, “Ruhulla Xomeyni”nini təhqir etmək ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib. Fəal məhkəmə prosesi zamanı irəli sürülən bütün ittihamları rədd edib, məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarında hazırlanmış qurama cinayət işindən asılı olmamağa çağırıb. Martın 4-də yaxalanan Rəhim Qulami təxminən iki ay müvəqqəti saxlanılıb. Aprel ayında o, mülki vəsiqə qarşılığında Ərdəbil zindanından müvəqqəti azadlığa buraxılıb.

Geri qayıt