Əsas Səhifə > Güney Press > ABŞ Azərbaycana 10 milyon dollar hərbi yardım ayırıb

ABŞ Azərbaycana 10 milyon dollar hərbi yardım ayırıb


11-09-2019, 16:07
ABŞ Azərbaycana 10 milyon dollar hərbi yardım ayırıb
Erməni politoloq Suren Sarkisyan ABŞ-ın Azərbaycana 10 milyon dollar hərbi yardım ayırdığını yazıb.

Modern.az xəbər verir ki, bu barədə o öz “Facebook” səhifəsində yazıb.

“Amerikalılar Xəzər dənizində təhlükəsizlik proqramı çərçivəsində Azərbaycan ordusunun zabitlərinə təlim keçəcək. ABŞ eyni yolla kürdləri də silahlandırır. Amma kürdlərə Türkiyəyə qarşı heç bir aksiyaya yol verməmək də tapşırılıb”-deyə Sarkisyan qeyd edib.

Politoloq Qarabağ ermənilərinə ayrılacaq pulun isə azaldılacağını təəssüflə qeyd edib.

Geri qayıt