Əsas Səhifə > Güney Press > OPEC Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır

OPEC Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır


11-09-2019, 15:11
OPEC Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2019-cu ildə Azərbaycanda gündəlik orta neft hasilatının azalmasını proqnozlaşdırır.

“APA-Economics”in OPEC-ə aylıq hesabatına istinadən verdiyi məlumata görə, OPEC bu ilə ölkədə gündəlik orta neft hasilatı üzrə proqnozu 0,80 mln. bareldən 0,79 mln. barelə endirib.

Qeyd edək ki, proqnoza düzəliş Azərbaycanın Xəzər sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqlar blokunda bu ilin oktyabr ayında "Qərbi Çıraq" platformasının profilaktik işlərlə əlaqədar dayandırılmasını nəzərə alaraq edilib.

Hesabata əsasən, gələn il üçün Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz dəyişilməz 0,79 mln. barel səviyyəsində olaraq qalıb.

Geri qayıt