Əsas Səhifə > Güney Press > "Çağırılmayan yerə necə gedək?"

"Çağırılmayan yerə necə gedək?"


11-09-2019, 12:23
"Çağırılmayan yerə necə gedək?"
Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və media təmsilçilərinin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda dəyirmi masa keçirilir. Görüşdə bir sıra müxalifət partiyaları qatılsa da, iştirak etməyənlər də var.

Bu barədə Unikal.org-a açıqlama verən REAL partiyasının icra katibi Natiq Cəfərli deyib ki, sözügedən tədbirə dəvət olunmayıblar və bu səbəbdən də həmin görüşdə iştirak etmirlər:

"Əgər dəvət Yeni Azərbaycan Partiyasından gəlsəydi, bu təklifi dəyərləndirərdirk. Biz belə bir dialoq ortamından qaçan da deyilik. Amma siyasi qüvvələr arasındakı görüşü belə formatda keçirilməsini doğru saymıram. Amma hakim partiyanın öz təşəbbüsü, müəyyən olunmuş mövzular ətrafında müzakirələr, rəsmi dəvət göndərilsə, iştirak edə bilərik. Burada heç bir problem yoxdur. Bugünkü tədbirə gəlincə, çağırılmayan yerə necə gedək? Hesab edirəm ki, bu məsələlərdə hakim partiya özü təşəbbüskar olmalıdır. Əslində bu cür görüşlərin keçirilməsinə çoxdan ehtiyac var".


Geri qayıt