Əsas Səhifə > Güney Press > DYP-dən “Diqqət uşaqlar!” adlı tədbir

DYP-dən “Diqqət uşaqlar!” adlı tədbir


11-09-2019, 11:21
DYP-dən “Diqqət uşaqlar!” adlı tədbir
DİA.AZ: - DİN Mətbuat Xidmətinin Quba regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

“Diqqət uşaqlar!” adı altında keçirilən tədbirdə polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən təhsil müəssisələrinin qarşısında, eləcə də məktəblilərin hərəkət marşrutlarında bir sıra işlər görülüb. Bura qeyd olunan ərazilərdə yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir.

Bundan əlavə DYPB əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi daşıyan maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Geri qayıt