Əsas Səhifə > Güney Press > Zelenskiy oliqarx Kolomoyskiy ilə görüşüb

Zelenskiy oliqarx Kolomoyskiy ilə görüşüb


11-09-2019, 10:13
Zelenskiy oliqarx Kolomoyskiy ilə görüşüb
Ukrayna Prezidenti Volodymyr Zelenskiy oliqarx, keçmiş biznes ortağı Ihor Kolomoyskiy ilə görüşüb. Sentyabrın 10-da bu görüşü əks etdirən foto administrasiyanın Facebook səhifəsində yerləşdirilib, onların “Ukraynada biznes məsələlərindən danışdığı” açıqlanıb.

Məlumatda tərəflərin həm də enerji sənayesindən danışdığı vurğulanır, yada salınır ki, iyunda keçirilən biznes forumda Zelenskiy “böyük biznesi” Ukraynanın şərqində infrastruktur layihələrə sərmayə qoymağa, “sosial problemlərin həllində dövlətə kömək etməyə” çağırıb.

41 yaşlı, aktyordan siyasətçiyə çevrilmiş Zelenskiy aprelin 21-də prezident seçilib. O, Ukrayna siyasətində “sistemi qırmaq” vədi verib.

Onun “Xalqın qulluqçusu” partiyası isə üç ay sonra keçirilən seçkidə 450 yerlik parlamentdə 254 yeri əldə edib.

Zelenskiy-nin komediya şouları təxminən 10 il ərzində Kolomoyskiy-nin sahibi olduğu telekanalda yayımlanıb.

Geri qayıt