Əsas Səhifə > Güney Press > Qubada itkin düşən kişinin meyiti tapılıb

Qubada itkin düşən kişinin meyiti tapılıb


26-08-2019, 08:28
Qubada itkin düşən kişinin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.

Geri qayıt