Əsas Səhifə > Güney Press > Maşının şüşəsini açıq görüb oğurluq etdi

Maşının şüşəsini açıq görüb oğurluq etdi


22-08-2019, 11:01
Maşının şüşəsini açıq görüb oğurluq etdi
DİA.AZ: - Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılmışdır.

Bu barədə DİA.AZ-a DİN-dən verilən məlumatda deyilir. Nazirliyin məlumatnda sürücülərə müraciət də edilir:

"Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar".

Geri qayıt