Əsas Səhifə > Güney Press > Bakıda XIX Beynəlxalq Gənclər Forumu başlayıb

Bakıda XIX Beynəlxalq Gənclər Forumu başlayıb


22-08-2019, 10:30
Bakıda XIX Beynəlxalq Gənclər Forumu başlayıb
Bakıda XIX Beynəlxalq Gənclər Forumu başlayıb.

"Report" xəbərinə görə, forumun təşkilatçıları Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Mərkəzi Qan Bankı və Qan Donorları Assosiasiyasıdır.

Könüllü qan donorluğunun inkişafına dəstək məqsədilə keçirilən tədbirdə 30-dan çox ölkədən (Danimarka, İtaliya, Portuqaliya, Litva, Latviya, Estoniya, Hollandiya, Norveç, İsveç, İslandiya, Almaniya, Mərakeş, Livan, Misir, Türkiyə və s.) nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının (FİODS), Beynəlxalq Gənclər Komitəsinin (İYC) rəhbər şəxsləri iştirak edirlər.

Geri qayıt