Əsas Səhifə > Güney Press > Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

Araz Ağalarovun qardaşı qızının evi qarət olundu


22-08-2019, 09:58
Araz Ağalarovun qardaşı qızının evi qarət olundu
Tanınmış biznesmen Araz Ağalarovun qardaşı qızı, iş qadını Səbinə Ağalarovanın Rusiyadakı evi qarət olunub.
Bu barədə məlumatı "REN TV" yayıb.

Məlumata görə, Leninsk prospektində yerləşən mənzildən 1 milyon rubl (26 min AZN), 25000 ABŞ dolları oğurlanıb.

Bundan başqa, oğrular Səbinə Ağalarovanın 2 ədəd xəz paltosunu aparıblar.

Maraqlı orasındadır ki, oğurluq edənlər xanımın qızıl və qiymətli bəzək əşyalarına dəyməyiblər.

Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb.

/Baku.ws

Geri qayıt