Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Bir evdən üç general...

Bir evdən üç general...


22-08-2019, 09:56
Bir evdən üç general...
Prezident İlham Əliyevin avqustun 21-də imzaladığı sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Sabir Nağıyev Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir. O, 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyıb.

Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır.

Onların daha bir qardaşı Vəli Nağıyev 2015-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsində işləyir.

Maraqlıdır ki, son sərəncamdan sonra hər üç qardaş general-leytenant ali hərbi rütbəsində xidmət edəcək.

Modern.az

Geri qayıt