Əsas Səhifə > Güney Press > Binədə 17 yaşlı gənc bıçaqlanıb

Binədə 17 yaşlı gənc bıçaqlanıb


22-08-2019, 09:24
Binədə 17 yaşlı gənc bıçaqlanıb
Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binə qəsəbəsi südçülük sovxozunun ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci təvəllüdlü Quliyev Azər Arif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Yaralıya qarının və döş qəfəsin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt