Əsas Səhifə > Güney Press > Apelyasiya Məhkəməsi “Embawood”un cərimələnməsi barədə qərarı qüvvədə saxlayıb

Apelyasiya Məhkəməsi “Embawood”un cərimələnməsi barədə qərarı qüvvədə saxlayıb


17-08-2019, 16:36
Apelyasiya Məhkəməsi “Embawood”un cərimələnməsi barədə qərarı qüvvədə saxlayıb
Bakı Apelyasiya Məhkəməsində “Embawood” MMC -nin 34860 Rusiya rublu (təxminən 895 manat) cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda “Embawood” MMC-nin cərimə edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilərək cərimələyib.

Bu inzibati xətaya görə hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Mebel istehsalı və satışı ilə məşğul olan "Embawood" şirkətinin ölkə daxilində və xaricdə 100-dən artıq mağazası fəaliyyət göstərir.

Geri qayıt