Əsas Səhifə > Güney Press > Bakıda evə basqın edən şəxs ev sahibini döyüb

Bakıda evə basqın edən şəxs ev sahibini döyüb


16-08-2019, 13:10
Bakıda evə basqın edən şəxs ev sahibini döyüb
Bakıda evə basqın edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibi (qadını) və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb edib, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.

Geri qayıt