Əsas Səhifə > Güney Press > NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı:
NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı:13-08-2019, 17:40 |
![]() NATO-nun “F-18” qırıcı təyyarəsi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb. “RİA Novosti” xəbər verir ki, hadisə Baltik dənizinin neytral suları üzərində baş verib. Bununla belə, Rusiyaya məxsus “Su-27” qırıcıları NATO təyyarəsini uzaqlaşdırıb. S.Şoyqunun olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş. Onu Baltik donanmasının dəniz aviasiyasının iki ədəd “Su-27” qırıcısı müşayiət edib. Geri qayıt |