Əsas Səhifə > Güney Press > Azərbaycan insan alverində təqsirləndirilən iki Türkiyə vətəndaşını axtarışa verib

Azərbaycan insan alverində təqsirləndirilən iki Türkiyə vətəndaşını axtarışa verib


13-08-2019, 16:54
Azərbaycan insan alverində təqsirləndirilən iki Türkiyə vətəndaşını axtarışa verib
Azərbaycan hüquq-mühafizə orqanları iki Türkiyə vətəndaşı barəsində axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Türkiyə vətəndaşları - 1971-ci il təvəllüdlü Tarkan Gursen və 1992-ci il təvəllüdlü Doğan Solun insan alverində təqsirləndirilirlər.

Onların hər ikisi barəsində 2019-cu ildə axtarış elan olunub.


Geri qayıt