Əsas Səhifə > Güney Press > "Traktor"la bağlı şayiə yayıldı

"Traktor"la bağlı şayiə yayıldı


13-08-2019, 15:55
"Traktor"la bağlı şayiə yayıldı
Güney Azərbaycanın “Traktor” futbol komandasının nəzarətçisi Əhəd Şeyxləri son günlərdə Azərbaycan komandasından bir neçə oyunçunun ayrılması ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, o bu barədə “Fars” xəbər agentliyinə danışıb.

“Məsih Zahidi və İman Səlimi “Traktor”dan ayrılmayıb. Yalnız Məhəmməd Müslimipur komandadan ayrılaraq “Maşınsazi”yə qoşulub. Bu barədə yayılan digər xəbərlər şayiədən başqa bir şey deyil", - o bildirib.

Qeyd edək ki, idman saytları dünən müdafiəçi Məsih Zahidinin “Traktor”dan ayrılmasının qətiləşdiyini iddia etmişdi. Onun baş məşqçi Mustafa Dənizli tərəfindən komandadan uzaqlaşdırıldığı deyilmişdi.

Geri qayıt