Əsas Səhifə > Güney Press > Kreml və Tehran Əliyev-Putin-Ruhani sammitinin təxirə salınması haqda

Kreml və Tehran Əliyev-Putin-Ruhani sammitinin təxirə salınması haqda


13-08-2019, 15:38
Kreml və Tehran Əliyev-Putin-Ruhani sammitinin təxirə salınması haqda
Sabah avqustun 14-də Soçidə baş tutması planlaşdırılan Rusiya-Azərbaycan-İran sammitinin təxirə salınması ilə bağlı Kreml yeni bəyanatla çıxış edib. Virtualaz.org TASS-a istinadla xəbər verir ki, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında sammitin “prezidentlərin qrafiki ilə bağlı” təxirə düşdüyünü bildirib.

“Bu üç dövlət başçısının işçi qrafiklərinin daha detallı koordinasiyasının zəruriliyi ilə bağlıdır. Bu diplomatik kanallarla baş verəndən sonra sizə görüşün yeni tarixini deyəcəyik”,-Peskov bildirib.

Xatırladaq ki, dünən Peskov sammitin “texniki səbəblərlə” təxirə salındığını açıqlamışdı.

İran prezidenti administrasiyasının nümayəndəsi Pərviz Esmaili də sammitin təxirə salınmasını şərh edib. O, bildirib ki, sammit “daha münasib bir vaxtda” keçiriləcək.

“İran, Rusiya və Azərbaycan rəhbərlərinin görüşü bunun üçün daha münasib bir vaxtda keçiriləcək”,-Esmaili bildirib.

İran rəsmisi sammitin “texniki səbəblərlə” təxirə salındığı haqda Rusiya prezidentin sözçüsünün dediklərini təsdiqləyib.

Rusiya-İran-Azərbaycan üçtərəfli sammiti 2017-ci ildən keçirilirdi. İndiyə qədər bu formatda iki sammit Tehranda və Bakıda baş tutub.

Geri qayıt