Əsas Səhifə > Güney Press > Şabranda 60 yaşlı kişi intihar edib

Şabranda 60 yaşlı kişi intihar edib


13-08-2019, 12:34
Şabran rayonunda növbəti intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 1959-cu il təvəllüdlü Comərd Yolçuyev özünü asaraq öldürüb. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi və dəfələrlə intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, avqustun 12-də Şabran rayonunda daha bir analoji hadisə nəticəsində 46 yaşlı kişi intihar edib.

Geri qayıt