Əsas Səhifə > Güney Press > “Stratfor” S-400-lərin qüsurundan yazdı

“Stratfor” S-400-lərin qüsurundan yazdı


16-07-2019, 17:48
“Stratfor” S-400-lərin qüsurundan yazdı
ABŞ “Stratfor” mərkəzi Türkiyəyə tədarük edilməsinə başlanılan S-400-lərin çatışmazlıqlarına diqqət çəkilən məqalə ilə çıxış edib.

Axar.az xəbər verir ki, Mərkəz S-400-lərin digər HHM sistemləri ilə dəstəklənmədiyi halda kütləvi hücumlar zamanı təhlükə qarşısında qala biləcəyini qeyd edib.

“Stratfor”un iddiasına görə, fəaliyyət sahəsi 400 kilometrə çatan S-400-lərin radiolokasiya imkanlarının effektivliyi dağ şəraitində aşağı düşə bilər. Belə olan halda isə S-400-lər alçaqdan uçan qanadlı raketləri yalnız bir neçə onkilometrlik məsafədə vura bilər.

“Stratfor”un sözügedən məqaləsini Rusiya tərəfi də cavabsız qoymayıb.

Məsələyə münasibət bildirən Rusiyanın Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko S-400-lərdə çatışmazlıq axtaran ABŞ ekspertlərinin məqaləsini Vaşinqtonun öz “Patriot” kompleksləri üçün bir sıra alıcılarını itirməsi ilə əlaqəli “informasiya tullantısı” adlandırıb.

“Amerikalıların S-400-lərdə çatışmazlıq axtarmaq cəhdləri başadüşüləndir. Bunlar Rusiyanın uğurlarına qısqanclıqla bağlıdır. Çünki hazırda “Kalaşnikov” avtomatı kimi S-400 də brendə çevrilib, bütün dünyada məşhurdur. Hətta Türkiyə kimi NATO üzvü bir ölkə də ABŞ “Patriot”larını deyil, bu sistemləri almaq istədi. Bu, ABŞ-ın imicinə zərbə vurur, onları tənqid və gülüş predmetinə çevirir”, - Korotçenko bildirib.

Geri qayıt