Əsas Səhifə > Güney Press > Gəncədə güclü külək fəsadlar törədib

Gəncədə güclü külək fəsadlar törədib


12-07-2019, 17:10
Gəncədə güclü külək fəsadlar törədib
Günorta saatlarından Qərb bölgəsində güclü külək əsməyə başlayıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, külək Gəncə şəhərinin bir neçə küçəsində ağacları aşırıb.

Güclü külək nəticəsində Elmirli Nicat Bəhman oğluna məxsus “Hyundai” markalı minik avtomobilinin üstünə ağac aşıb.

Nəticədə avtomobilə ziyan dəyib.

Geri qayıt