Əsas Səhifə > Güney Press > Tramp fövqəladə vəziyyət elan etdi

Tramp fövqəladə vəziyyət elan etdi


12-07-2019, 16:08
Tramp fövqəladə vəziyyət elan etdi
ABŞ Prezidenti Donald Tramp yaxınlaşmaqda olan “Barri” tropik qasırğası ilə əlaqədar Luiziana ştatında fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, D.Tramp Luiziana ştatına federal səviyyədə yardım olunması barədə göstəriş verib.

“Barri” qasırğasının Meksika körfəzi üzərində formalaşdığı deyilir. Hidrometeoroloqların proqnozlarına əsasən, qasırğa gecə saatlarında Luiziana sahillərinə çatacaq.

Geri qayıt