Əsas Səhifə > Güney Press > Türkiyənin sabiq millət vəkili vəfat edib

Türkiyənin sabiq millət vəkili vəfat edib


12-07-2019, 10:21
Türkiyənin sabiq millət vəkili vəfat edib
Türkiyənin sabiq millət vəkili Dengir Mir Məhmət Fırat 76 yaşında vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, sabiq millət vəkili Ankarada, müalicə olunduğu xəstəxanada keçinib.

O, bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu müalicə oldunduğu xəstəxanada ziyarət edib.

Xatırladaq ki, Dengir Mir Məhmət Fırat hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasının (HDP) namizədi olaraq Türkiyə Böyük Millət Məclisinə seçilib. Dengir Mir Məhmət Fırat AKP-nin keçmiş sədr müavini olub. 2014-cü ildə partiya sıralarını tərk edərək HDP-yə keçib.

Geri qayıt