Əsas Səhifə > Güney Press > Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkətə yazdığı cərimə ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkətə yazdığı cərimə ləğv edilib


11-07-2019, 17:52
Maliyyə Bazarlarına Nəzarət Palatasının “Soçi" MMC-nin 635.31 manat cərimələnməsi barədə yazdığı protokolla bağlı çıxarılmış qərar ləğv edilib.

"Report"un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsi ilə təqsirli bilinməsi barədə Nəsimi Rayon Məhkəməsinin 6 may 2019-cu il tarixli qərarını ləğv edib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Soçi" MMC təmir-tikinti materiallarının satışı ilə məşğul olan şirkətdir.

Geri qayıt