Əsas Səhifə > Güney Press > Azərbaycanda soğan istehsalçı və istehlakçılarının assosiasiyası yaradılacaq

Azərbaycanda soğan istehsalçı və istehlakçılarının assosiasiyası yaradılacaq


11-07-2019, 17:29
Azərbaycanda soğan istehsalçı və istehlakçılarının assosiasiyası yaradılacaq
Yaxın zamanda Azərbaycanda soğan istehsalçı və istehlakçılarının assosiasiyası yaradılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu yaxınlarda kartof və soğanla bağlı ölkə tərəfindən müəyyən rıçaqlar tətbiq olundu. Hər hansı zərurət yarandıqda dövlət tərəfindən daxili bazarı tənzimlənməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Nazir müavini hazırda soğanın bazar qiymətinin yüksək olmadığını bildirib və əlavə edib ki, hazırkı qiymət soğanın yetişdirilməsi xərclərini əks etdirir.

Geri qayıt