Əsas Səhifə > Güney Press > Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib


11-07-2019, 16:18
Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
DİA.AZ: - Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron Rayon Gənclər Birliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin 50 illiyinə həsr olunmuş “ Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur ” adlı tədbir keçirilib.

DİA.AZ xəbər verir ki, tədbirdə Abşeron Rayon İcraHakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Musa Quliyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, rayonun ziyalıları və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin büstü önünə tər güllər düzüblər. Daha sonra rayon rəhbəri və qonaqlar Mərkəzin foyesində Bakı Mühəndislik Universitetinin Memarlıq və Dizayn ixtisasları üzrə təhsil alan tələbələrinin yaradıcılıq səgisi ilə tanış olublar.

İ.Gülməmmədova 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən danışıb. Xanım başçı qeyd edib ki, müasir Azərbaycan tarixinin son 50 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdı. 1960-cı illərdə Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geridə qalan respublikalardan biri idi. Ancaq Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə müasir tariximizdə dönüş baş verdi. Bu gün Azərbaycanın Heydər Əliyev siyasətinin uğurlarını yaşadığını deyən İ.Gülməmmədova söyləyib ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əldə edilən nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir. Bütövlükdə, Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Bu, elə bir siyasətdir ki, onun əsasında Azərbaycan bundan sonra da uzun illər öz yüksəlişini təmin edəcək. Azərbaycan daha da qüdrətlənəcək, möhkəmlənəcək, xalqımızın milli həmrəyliyi daha da güclənəcək, ölkəmizin dünya birliyində mövqeləri artacaq.

Yığınçaqda Millət vəkili M.Quliyev, Bakı Mühəndislik Universitetinin rektoru H.Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini S.Quliyeva, Bakı Mühəndislik Universitetinin kafedra müdiri S.Orucov və Yeni Azərbaycan Partiyası Abşeron Rayon Gənclər Birliyinin sədri E.Mirzəyev çıxış edərək qeyd ediblər ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub. SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərindən ilk yerlərdə qərarlaşıb. Bu yol bu gün övladı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlardan sonra Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 27 may tarixli, 1205 nömrəli sərəncamı ilə Abşeron rayonunun social-iqtisadi həyatında xususi xidmətləri olan bir neçə şəxs ilk dəfə təsis olunmuş “Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi yubileyi ” medalı ilə, Bakı Mühəndislik Universitetinin bir neçə tələbəsi isə rayonun ictimai həyatında səmərəli fəaliyyətində və təhsildə qazandıqları uğurlara görə Abşeron RİH başçısının və BMU-nun rəhbərliyinin Fəxri Fərmanı ilə təltif olunublar.

Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Geri qayıt