Əsas Səhifə > Güney Press > “Həmsədrlər işğalçılıq siyasətinə son vermək üçün Ermənistana konkret vaxt veməlidir”

“Həmsədrlər işğalçılıq siyasətinə son vermək üçün Ermənistana konkret vaxt veməlidir”


18-06-2019, 16:40
“Həmsədrlər işğalçılıq siyasətinə son vermək üçün Ermənistana konkret vaxt veməlidir”
Mən ATƏT Minsk qrupu həmsədrlərinin vasitəçilyi ilə Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən danışıqlar prosesinin perspektivinə inanmıram.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Fəzail Ağamalı Azərbaycan və Ermənistan XİN başçılarının iyunun 20-də Vaşinqtonda ATƏT MQ həmsdərlərinin vasitəçilyi ilə keçiriləcək görüşüş barədə mövqeyini açıqlayarkən deyib.

“Mən ATƏT MQ həmsədrlərinin fəaliyyətinə inanmıram. Çünki onlar bu gün də fəaliyyətləri ilə Ermənistanın yanındadır. Həmsdər ölkələr Ermənistanın işğalçılıq siyasətini öz fəaliyyətləri ilə təşviq edir və onu stimullaşdırırlar. Mən o zaman ATƏT MQ həmsədrlərinin fəaliyyətini müsbət dəyərləndirə bilərəm ki, onlar Ermənistanın işğalçılıq siyasətinə son vermək üçün təsirli bəyanat verib, bu istiqamətdə konkret fəaliyyətə keçsinlər. Həmsədrlər işğalçılıq siyasətinə son vermək üçün Ermənistana konkret vaxt veməlidir. Əgər Ermənistan həmin vaxt kəsiyində işğlaçıslıq siyasətinə son vermək istiqamətində hər hansı addım atmazsa, o zaman İrəvana qarşı təzyiqlər edilməli və sanksiyaların tətbiq edilməsi təşəbbüsü ilə çıxış etməlidirlər. Bax onda mən ATƏT MQ həmsədrlərinin fəaliyyətini təqdir edər və aparılan danışıqların müsbət nəticə ilə sonuclanacağına inanaram. Lakin indi bu formatda aparılan nəticəsiz danışıqların Azərbaycana və onun işğal altında olan torpaqlaırnın işğaldan azad olunması üçün heç bir faydası yoxdur”, - deputat qeyd edib.

Azərbaycanın işğal altında olan torpaqlarında erməni hərbi birləşmələrinin hərbi təlimlərinə gəldikdə isə millət vəkili bildirib ki, bu Ermənistanın Azərbaycana qarşı ənənəvi güc nümayişidir:

“Bununla Ermənistan Azərbaycana həm gücünü nümayiş etdirir, həm də işğal etdiyi torpaqları geri qaytarmaq niyyətində olmadığı mesajını verir”.
Belə olan şəraitdə Azərbaycan nə etməlidir sualına gəldikdə F.Ağamalı bildirib ki, mən dəfələrlə demişəm və bir daha deyirəm:

“Biz əlverişli zamandan istifadə edib torpaqlaırmı işğaldan azad etmək üçün Silahlı Qüvvələrimiz hücuma keçməlidir. Bu gün işğal olunmuş torpaqlar məsələsində Rusiya amili ciddir. Biz torpaqlarımızı işğaldan azad etmək üçün Rusiya ilə bu məsələ ətrafında ciddi danışıqlar aparmalıyıq”.

Deputat bildirib ki, əlverişli məqamın yetişməsi istiqamətində proseslər gedir.

“Proses gedir, baxaq görək, necə olacaq. Rusiya hazırda proseslərdə kifayət qədər seyrçi mövqedədir. Ermənistanda gedən proseslərə hələlik müdaxilə etmir. Özünü sadəcə neytal ölkə kimi nümayiş etdirməyə çalışır. əgər lazımi situasiya yetişərsə Azərbaycan Rusiya ilə razılşamadan hücuma keçməlidir”, - F.Ağamalı bildirib.

Geri qayıt