Əsas Səhifə > Güney Press > Lənkəranda 3 uşaq anası çayda boğulub

Lənkəranda 3 uşaq anası çayda boğulub


17-06-2019, 12:59
Lənkəranda 3 uşaq anası çayda boğulub
Lənkəranda 3 uşaq anası ehtiyatsızlıqdan çaya düşərək dünyasını dəyişib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Ukrayna vətəndaşı olan 1956-cı il təvəllüdlü Solmaz Sahib qızı Nəsirova sahildə olarkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub. Onun meyiti çaydan çıxarılaraq daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Mərhumun bacısının dediyinə görə, 3 uşaq anası olan S.Nəsirova astma xəstəliyindən əziyyət çəkirmiş və ehtimal ki, təmiz hava qəbul etmək üçün çay sahilinə gedib.

Faktla bağlı araşdırma aparılır.

* * *

Saat 11:06

Lənkəran şəhərində çaydan meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Geri qayıt