Əsas Səhifə > Güney Press > "MDB-nin informasiya məkanı açıq olmalıdır"

"MDB-nin informasiya məkanı açıq olmalıdır"


13-06-2019, 13:17
 "MDB-nin informasiya məkanı açıq olmalıdır"
“MDB-nin informasiya məkanı açıq, təhlükəsizlik məqsədilə minimal həcmdə məhdud olmalıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "MİR" telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

"Birincisi, MDB-nin informasiya məkanı açıq olmalıdır. Burada minimal həcmdə məhdudlaşdırmalar olmalıdır. Əgər məhdudlaşdırmalar varsa, o zaman onlar istisnasız olaraq ancaq təhlükəsizliklə, əxlaq və mənəviyyatın hansısa ümumi qəbul olunmuş elementləri ilə əlaqədar olmalıdır", - deyə V.Putin vurğulayıb.

Onun sözlərinə görə, informasiya məkanı ona görə açıq olmalıdır ki, informasiya mənbələri qorunsun və effektiv işləyə bilsinlər: “Bununla belə, onlar nə qədər az siyasiləşdirilsə, bir o qədər yaxşı olacaq. İnformasiya yayılmalıdır. Azadlıq informasiyanı yayanların deyil, bu informasiyanı istifadə edənlərin marağındadır".

Geri qayıt