Əsas Səhifə > Güney Press > Parlamentdə ombudsmana yeni səlahyiyət verilməsi təklif olunub

Parlamentdə ombudsmana yeni səlahyiyət verilməsi təklif olunub


13-06-2019, 12:19
Parlamentdə ombudsmana yeni səlahyiyət verilməsi təklif olunub
“2004-cü ildən indiyə qədər ombudsmanın qanun layihəsi və qanunvericiliyə dəyişikliklə bağlı 25 təklifi parlamentdə qəbul edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüsyenli parlamentin növbədənkənar sessiyasının iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun layihəsinin ikinci oxunuşunda müzakirəsi zamanı bildirib.

Ə. Hüseynli deyib ki, bu faktı qanun layihəsinin birinci oxunuşunda deputatların ombudsmanın ötən illər ərzində qanunvericilik sahəsində hansı təşəbbüslərlə çıxış etməsi barədə suallarına cavab olaraq açıqlayır.

Millət vəkili Tahir Kərimli ombudsmana yeni səlahiyyət verilməsini təklif edib: “Yəni ombudsmanın qanunvericilik təklifinin məcburi olaraq parlamentin komitəsində müzakiəryə çıxarılması qanunvericiklidə əksini tapsın”.

Spiker Oqtay Əsədov Ə. Hüseynliyə deputatın təklifinə qanun layihəsinin üçüncü oxunuşunda baxılmasını tövsiyə edib.

Geri qayıt