Əsas Səhifə > Güney Press > Bakıda 16 mərtəbəli binada yanğın olub

Bakıda 16 mərtəbəli binada yanğın olub


12-06-2019, 18:10
Bakıda 16 mərtəbəli binada yanğın olub
Bakıda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Xiyabanı küçəsi 33 ünvanında qeydə alınıb. 16 mərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Geri qayıt