Əsas Səhifə > Güney Press > Elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib

Elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib


12-06-2019, 17:12
Elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib
Prezident yanında Ali Attestasiya Komissiyasının elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib.

Sənəddə qeyd edilib ki, Komissiya aşağıdakı hallarda elmi addan məhrumetmə ilə bağlı qərar verir:

1. Şəxs elmi dərəcədən məhrum edildikdə;

2. Elmi ad verilməsi proseduru pozulduqda;

3. Elmi plagiat aşkar edildikdə;

4. Elmi etika pozulduqda.

Geri qayıt