Əsas Səhifə > Güney Press > “Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb

“Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb


12-06-2019, 14:47
“Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb
Neftin qiyməti ucuzlaşmaqda davam edir.

"Report" xəbər verir ki, Londonun əmtəə birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 2,66% aşağı düşərək, bir barelə görə 60,63 dollar təşkil edib.

Eyni zamanda Nyu-York birjasında WTI markalı neftin iyul fyuçersləri 2,87% ucuzlaşıb və bir bareli 51,74 dollara ticarət olunur.

Geri qayıt