Əsas Səhifə > Güney Press > Qazaxda 30 yaşlı gəlinin intihar səbəbi açıqlandı

Qazaxda 30 yaşlı gəlinin intihar səbəbi açıqlandı


27-05-2019, 15:17
Qazaxda 30 yaşlı gəlinin intihar səbəbi açıqlandı
Qazaxda 30 yaşlı gəlinin intiharının bəzi təfərrüatı məlum olub.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Fatimə Həsənova uzun zamandır ki, psixoloji xəstəlikdən əziyyət çəkirmiş:

“Fatimə iki uşaq anasıdır. Ailəsi var. Problemsiz bir ailədir. Fatimə uşaq vaxtı travma alıb. O vaxtdan onda psixoloji problemlər yaranıb. Özünə qapalı adam olub. Bu gün səhər saat 11:00-da bacısı onlara gəlib. Fatiməni evdə tapmayıb axtarmağa başlayıb. Həyətdəki yarımçıq tikilinin qapısını açanda baxıb ki, Fatimə boğazında ip tavandan asılı qalıb. Yaxınlaşanda baxıb ki, Fatimə çoxdan ölüb. Onun meyiti müayinə edilib, bir azdan dəfn olunacaq”.

Qeyd edək ki, Qazax rayonunda intihar hadisəsi baş verib. Rayonun Yuxarı Salahlı kəndi sakini, 1989-cu il təvəllüdlü Həsənova Fatimə İlqar qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Geri qayıt