Əsas Səhifə > Güney Press > NASA adını Marsa göndərənləri açıqladı

NASA adını Marsa göndərənləri açıqladı


27-05-2019, 12:36
NASA adını Marsa göndərənləri açıqladı
NASA-nın “adını Marsa göndər” kampaniyası dünya miqyasında maraq yaradıb.

Primetime.az xəbər verir ki, 2020-ci ildə Marsa yola salınacaq kosmik gəmidəki xüsusi çiplərə adlar yazılaraq Marsa göndəriləcək. Həmin şəxslərə isə NASA-nın xüsusi xatirə bileti təqdim ediləcək.

NASA-nın elmi missiyalar müdirliyi administratorunun müavini Tomas Zurbuxen açıqlamasında “Marsa tarixi missiyanın buraxılışına hazırlaşarkən istəyirik ki, hər kəs bu səyahətdə iştirak etsin” deyib. Adlarını Marsa göndərmək istəyənlərin ölkələr üzrə sayını da açıqlayıb. Belə ki, 5, 079,944 nəfərin qeydiyyatdan keçdiyi siyahıya 2,166,571 nəfərlə Türkiyə rəhbərlik edir. Azərbaycandan isə kampaniyaya 18,694 nəfər qoşulub.

Məlumat üçün bildirək ki, NASA-nın internet saytında başlayan kampaniya 31 sentyabr 2019 tarixinə qədər davam edəcək.

Geri qayıt