Əsas Səhifə > Güney Press > Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

24-05-2019, 18:04
Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
DİA.AZ: - 24 may 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.

DİA.AZ xəbər verir ki, keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak etmişdir.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə, yeni salınan asfalt örtüyü və məktəblilər üçün çəkilən xüsusi piyada yollarına görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinlənilmişdir.

Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.

Geri qayıt