Əsas Səhifə > Güney Press > Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib

Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib


24-05-2019, 17:37
Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib
DİA.AZ: - Mayın 24-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov növbəti səyyar qəbul-görüşünü Hacıqabul şəhər Ə.Vahid və B.İbrahimov küçəsinin sakinləri ilə keçirib.

DİA.AZ xəbər verir ki, şəhər sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda Əhməd Muxtarov respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Hacıqabul rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran Ə.Muxtarov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib
Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib

Geri qayıt