Əsas Səhifə > Güney Press > “Proqnoz tapşırığa artıqlaması ilə əməl olunub”

“Proqnoz tapşırığa artıqlaması ilə əməl olunub”


24-05-2019, 17:11
 “Proqnoz tapşırığa artıqlaması ilə əməl olunub”
Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 391 858 900 manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 364,3 mln manat yaxud 35,5% artıq deməkdir.

Bunu “Report”a eksklüziv açıqlamasında DGK sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bu ilin dörd ayı üzrə proqnoz tapşırığa da 8% artıq əməl olunub:

“Bu ilin ilk 4 ayının proqnoz göstəriciləri ilə müqayisədə faktiki olaraq 103,2 mln manat artıq vəsait ödənilib. Bu da 108% icra deməkdir”.

Geri qayıt