Əsas Səhifə > Güney Press > İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


24-05-2019, 17:01
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
DİA.AZ: - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin DİA.AZ-a verdiyi məlumatına görə:

Böyük və Kiçik Qafqazda istirahət günlərində gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin mayın 26-da axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq.Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi mayın 26-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Geri qayıt