Əsas Səhifə > Güney Press > Ağstafada 4 qızın hamilə olması ilə bağlı yayılan məlumatlar araşdırılır

Ağstafada 4 qızın hamilə olması ilə bağlı yayılan məlumatlar araşdırılır


24-05-2019, 16:14
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağstafa rayonunda yetkinlik yaşına çatmayan qızların hamiləliyə görə xəstəxanaya müraciət etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dövlət Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb: "Mətbuatda Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi iddia edilən yetkinlik yaşına çatmayan 4 qızın hamilə olması ilə bağlı yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsində rəsmiləşdirilib. Faktla bağlı monitorinq qrupları tərəfindən araşdırmalara başlanılıb".

Qeyd edək ki, Ağstafa rayonunda yetkinlik yaşına çatmayan 4 qızın hamilə olması ilə bağlı mətbuatda məlumatlar yayılıb.

Geri qayıt