Əsas Səhifə > Güney Press > Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi

Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi


24-05-2019, 10:45
Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi
Bakıda orta məktəb şagirdi quldurluq edib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib.

Həmin qəsəbədə yaşayan 2003-cü il təvəllüdlü Mustafazadə Yaqub Qaraş oğlu tanışı, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yaşayan 2005-ci il təvəllüdlü Heydərli Amin Səxavət oğlunu bıçaqla öldürməklə hədələyib. Bundan sonra M.Yaqub H.Aminin yaşadığı evə gəlib.

Mustafazadə Yaqub mənzilə daxil olaraq seyfdən 3690 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Geri qayıt