Əsas Səhifə > Güney Press > Kral Salman Azərbaycan Prezidentini

Kral Salman Azərbaycan Prezidentini


20-05-2019, 17:10
Kral Salman Azərbaycan Prezidentini
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

ONA xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".

Geri qayıt