Əsas Səhifə > Güney Press > Büdcədən maliyyələşən qurumlar I rübdə 11,7 mln. manatlıq təbii qaz istifadə edib

Büdcədən maliyyələşən qurumlar I rübdə 11,7 mln. manatlıq təbii qaz istifadə edib


18-05-2019, 11:26
Büdcədən maliyyələşən qurumlar I rübdə 11,7 mln. manatlıq təbii qaz istifadə edib
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 373,6 mln. kVt.saat elektrik enerjisindən, 58,6 mln. kubmetr təbii qazdan, 4,5 mln. kubmetr sudan istifadə edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qazdan 11,6%, elektrik enerjisindən 5,6%, sudan isə 2,3% çox istifadə edilib.

Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların istifadə etdiyi elektik enerjisinin dəyəri 33,6 mln. manat, təbii qazın dəyəri 11,7 mln. manat, suyun dəyəri isə 4,5 mln. manat təşkil edib.

Geri qayıt