Əsas Səhifə > Güney Press > Polis şagirdlərə həqiqəti başa salır

Polis şagirdlərə həqiqəti başa salır


18-05-2019, 10:38
Polis şagirdlərə həqiqəti başa salır
DİA.AZ: - DİN Mətbuat Xidmətinin Quba regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Siyəzən RPŞ-nin təşkilatçılığı ilə rayonda yerləşən 6 saylı məktəb-liseydə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə bölgə şöbəsinin məsul təmsilçiləri, eləcə də məktəbin pedaqoji kollektivi iştirak edib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən görülən qətiyyətli tədbirlərdən danışıb. O, bildirib ki, narkotik vasitələrinin yayılmasında əsas rolu bu maddələrin satışından pul qazanan şəxslər oynayırlar. Onlar öz şəbəkələrini genişləndirərək, gəncləri bu zərərli maddələrin aludəçisinə çevirməyə çalışırlar. Lakin daxili işlər orqanları tərəfindən aparılan uğurlu tədbirlər nəticəsində belə çirkin yolla pul qazanan şəxslər tutularaq məsuliyyətə cəlb olunurlar. Şagirdlər bütün diqqətini elmə yönəltməli, belə şəxslər gördükdə onlardan uzaq durmalı və bu haqda valideynlərə, eləcə də müəllim və polisə məlumat verməlidirlər.

Daha sonra çıxış edən RPŞ-nin baş inspektoru, polis baş leytenantı Fərahim Qasımov dini radikalizm mövzusunda geniş məruzə ilə çıxış edib. O, ölkəmizdə dini tolerantlığın mövcud olduğunu qeyd edərək, hər kəsin dini inanclarına hörmətlə yanaşıldığını bildirib.

Tədbirinin sonunda polis əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar

Polis şagirdlərə həqiqəti başa salır

Geri qayıt