Əsas Səhifə > Güney Press > Vərəm dispanserində xəstələr arasında bıçaqlaşma

Vərəm dispanserində xəstələr arasında bıçaqlaşma


15-05-2019, 17:53
Vərəm dispanserində xəstələr arasında bıçaqlaşma
Bakı Ağır Cinayətlər Məhkəməsində Vərəm dispanserində xəstə yoldaşını bıçaqlamaqda təqsirləndirilən Eltəkin Zeynalovun cinayət işi məhkəmə prosesi davam edir.
"Ölkə.Az" xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək növbəti proses may ayının 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkən qəsəbəsində yerləşən 9 saylı Ağciyər və vərəm Dispanserində baş verib. Orada müalicə alan E.Zeynalov dispanserin ikinci mərtəbəsində aralarında yaranan şəxsi münasibətlər zəminində digər xəstə Rafiq Eyvazovu bıçaqlayıb.
E.Zeynalovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb.

Geri qayıt