Əsas Səhifə > Güney Press > Qaxda məhbus daşıyan maşın qəzaya düşüb, iki polis xəsarət alıb

Qaxda məhbus daşıyan maşın qəzaya düşüb, iki polis xəsarət alıb


15-05-2019, 16:39
Qaxda məhbus daşıyan maşın qəzaya düşüb, iki polis xəsarət alıb
Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.

ONA-nın məlumatına görə, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil “Mercedes” markalı minik maşını ilə toqquşması nəticəsində məhbus daşıyan maşında olan iki polis əməkdaşı xəsarət alıb. Onlar Qax Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan polislər Balakən rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt