Əsas Səhifə > Güney Press > Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib

Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib


25-04-2019, 17:51
Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib
Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı şərtlər açıqlanıb.

ONA-nın məlumatına görə, bu barədə “Aqrar sığorta haqqında” qanun layihəsində bildirilib.

Qanun layihəsinin 15-ci maddəsində (Aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi) qeyd edilib ki, aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi aşağıdakı şərtlər yerinə yetirildikdə həyata keçirilir:
1. Sığorta müqaviləsi qanunvericiliyə və sığorta qaydalarına uyğun bağlandıqda;

2. Sığorta haqqının aqrar sığortalı tərəfindən ödənilən hissəsi tam və ya sığorta qaydalarında nəzərdə tutulmuş hissə-hissə ödəniş formasının ilk hissəsi ödənildikdə;

3. Dövlət büdcəsinin vəsaiti hesabına aqrar sığorta haqqının bir hissəsinin maliyyələşdirilməsi hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunlara uyğun olaraq həyata keçirilir.

4. Aqrar sığorta orqanı hər ayın sonunda sığorta müqavilələri üzrə sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin ödənilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş sənədləri müraciətlərə əlavə edir.

5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin müraciətin daxil olduğu tarixdən 10 gün sonrakı iş günü müddətində aqrar sığorta orqanının müvafiq bank hesabına köçürülməsini təmin edir.

Geri qayıt