Əsas Səhifə > Güney Press > Qazaxıstan fondu "Azərbaycan Beynəlxalq Bankı"nın hesabına əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb

Qazaxıstan fondu "Azərbaycan Beynəlxalq Bankı"nın hesabına əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb


25-04-2019, 11:28
Qazaxıstan fondu "Azərbaycan Beynəlxalq Bankı"nın hesabına əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb
Qazaxıstan Mərkəzi Bankının tabeliyindəki "Vahid Təqaüd Yığım Fondu" SC (Fond) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin onun qarşısında olan öhdəliklərinin restrukturizasiyası nəticəsində əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb.

"Report" bu barədə qazax mətbuatına istinadən xəbər verir.

Məlumata görə, söhbət dəyəri 29,8 mlrd. tengə (təxminən 134 milyon manat və yaxud 79 milyon ABŞ dolları) olan qiymətli kağızlardan gedir. Hazırda Fondun portfelində 54,8 mlrd. tengə (təxminən 247 milyon manat və yaxud 145 milyon dollar) dəyərində həmin istiqrazlardan qalıb.

Geri qayıt