Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Kənddən şəhərə” yarmarkasında fındıqdan qurd çıxıb

“Kənddən şəhərə” yarmarkasında fındıqdan qurd çıxıb


23-03-2019, 13:14
“Kənddən şəhərə” yarmarkasında fındıqdan qurd çıxıb
Azərbaycanda soğanın qiyməti 60 qəpikdən 1.50 qəpiyə qədər bahalaşıb. Satıcılar soğanın bahalaşmasına səbəb kimi onun ölkə xaricinə daşınmasını göstəriblər.

Məsələylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. E.Hüseynov Moderator.az-a açıqlamasında hələ bahalaşmanın 20-25 gün də davam edəcəyini bildirdi:

“Soğanın bahalaşmasına səbəb onu cücərən vaxtı olmasıdır. İndi çox az adam satış üçün soğan saxlayıb. Ona görə də defisit yaranıb. Düşünürəm ki, bu qıtlıq hələ 20-25 gün də davam edəcək. İkinci bir səbəb isə soğanın xaricə aparılmasıdır, çünki xaricdə də soğan defisiti var. Hətta belə bir bahalaşma olan vaxt özüm “Yaşıl bazar”dan kartofun kloqramını 2 manata almışam”.

E.Hüseynov bayram yarmarkasında köhnə fındıqlarla bağlı şikayətlərin də olduğunu bildirib:

“Novruz bayramı ərəfəsində bizim quruma iki şikayət daxil oldu və vətəndaşlar bildirdilər ki, köhnə, qurd basmış fındıqlar təzə adıyla satılır. Hadisə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətinin təşkil etdiyi Nizami küçəsi 154 ünvanında “Kənddən şəhərə” adlı yarmarkada baş verib”.

Geri qayıt