Əsas Səhifə > Güney Press > Bakıda güzgü oğrusu ələ keçdi

Bakıda güzgü oğrusu ələ keçdi


20-03-2019, 11:23
Bakıda güzgü oğrusu ələ keçdi
DİA.AZ: - Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mirzəzadə martın 17-nə keçən gecə Yeni Yasamal-1 yaşayış sahəsində evinin qarşısında saxladığı “Niva” markalı avtomobilinin yan güzgülərinin oğurlandığını bildirmişdir.

DİN Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Q.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

Geri qayıt